ABŞ hərbi gəmisində güclü yanğın var

Röya Vahabova 12/07/2020

"Xəbərburo'' "oxu.az"a istinadən bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Bonhomme Richard” gəmisində güclü yanğın başlayıb.

REN TV xəbər verir ki, hadisə zamanı azı 11 nəfər yaralanıb.

Məlumatlara görə, yanğın zamanı gəmidə olan 200 nəfər təxliyyə edilib.

Yanğının söndürülməsinə 150-dən çox yanğınsöndürən cəlb olunub.

Hadisənin səbəbləri bəlli deyil.