ABŞ-da son sutkada virusa 58 mindən artıq yoluxma tapılıb

Məmmədzadə Zərintac 02/08/2020

ABŞ-da son sutkada  koronavirusdan 1,1 min nəfərdən çox insan dünyasını dəyişib.

“XəbərBuro” xəbər verir ki, bununla bağlı federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Keçən gün ərzində Birləşmiş Ştatlarda koronavirusa 58 mindən artıq yoluxma tapılıb.

ABŞ-da koronavirusa yeni yoluxma qeydə alınıb. Daha 1 133 nəfər COVİD-19-un  qurbanı olub.

Pandemiya ərzində Birləşmiş Ştatlarda təhlükəli virusa ümumilikdə 4 620 502 yoluxma təsdiqlənib. Ölkədə 154 mindən çox pasiyent COVID-19-dan ölüb və 1,4 milyondan çox pasiyent sağalıb.