ABŞ-da öldürülən qaradərililərin statistikası

Fəxriyyə Qüdrətli 07/06/2020

"Xəbərburo" xəbər verir ki, Alabama Tuskegee Universitetinin statistik araşdırmasına görə, 2015-ci il ABŞ-da qaradərililərin ən çox öldürüldüyü ildir.

Belə ki, ABŞ-da 1880-1960-cı illər arasında qaradərililərlə ağdərili vətəndaşların eyni məkanlarda olması barədə qadağalara rəğmən, həmin illərdə belə bu qədər afroamerikan vətəndaş öldürülməyib. Həmin illərdə 2911 qaradərili öldürülüb ki, bu da ildə 39 nəfər edir. Ən çox ölümün yaşandığı 1892-ci ildə isə 161 qaradərili qətl edilib.

Bu rəqəm isə 2015-ci ilin göstəricilərinin yanında çox az sayılır. Belə ki, 2015-ci ildə ABŞ polisi 258 qaradərili vətəndaşı öldürüb. 2016-cı ildə də vəziyyət fərqli deyil. Həmin ilin iyul ayına qədər polis tərəfindən ölən zəncilərin sayı 123 olub.