ABŞ-da növbəti erməni təxribatı

Leyla Aliyeva 02/08/2020

"Xəbərburo" bildirir ki, ermənilər ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC döyüşündə növbəti dəfə təxribata əl atıb.

Əldə olunan məlumata görə, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb.

 UFC kimi nüfuzlu təşkilatın belə təxribata göz yumması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, qarşılaşma Brunsonun qələbəsilə başa çatıb.