ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyonu ötdü

Röya Vahabova 21/09/2020

ABŞ-da son sutka ərzində daha 33 344 nəfərdə koronavirus aşkarlanıb, 294 nəfər dünyasını dəyişib. “Xəbərburo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 7 004 768-ə, bu virusdan ölənlərin sayı isə 204 118-ə yüksəlib.

Bundan əlavə, indiyədək 4 250 140 nəfər sağalıb. Ölkədə 2 550 510 aktiv koronavirus xəstəsi var ki, onlardan da 14 020-nin vəziyyəti ağır qiymətləndirilir.