ABŞ-da ən çox yoluxma bu ştatlardadır

Leyla Aliyeva 09/07/2020

ABŞ-da ötən gün ərzində 59,4 min insanda koronavirus yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında rekord göstərici qeydə alınıb.

"Xəbərburo" "The New York Times"a əsasən xəbər verir ki, ötən gün ərzində qeydə alınan yoluxma hallarının sayına görə ilk beşlikdə Missuri, Texas, Tennesi, Yuta və Qərbi Virciniya ştatlarıdır.

Texasda son 24 saat ərzində 9,9 mindən çox yoluxma faktının aşkarlandığı bildirilib. Bu ştatda belə yüksək göstəricinin qeydə alındığı 3-cü gündür.