ABŞ-da Covid-19-dan ölənlərin sayı 34 mini keçdi

Esed Abasli 16/04/2020

“Xəbərburo” worldometer.info-ya istinadən xəbər verir ki, bu gün ABŞ-da 1645 nəfər dünyasını dəyişib. Bununla da Covid-19 qurbanlarının sayı 34 min 233 olub. Son sutka ərzində 22 min 450 nəfərdə isə koronavirus aşkarlanıb.

Ümumi yoluxma faktı 670 min 598-dir. 57 min 232 nəfər isə xəstəliyə qalib gəlib.