"Abituriyentlər üçün dərs vaxtı"nın sabaha olan cədvəli

Məmmədzadə Zərintac 21/06/2020

Təhsil Nazirliyi “Mədəniyyət” telekanalında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı" proqramının iyunun 22-i üçün müəyyənləşən dərs cədvəlini açıqlayıb.
"Xəbərburo" xəbər verir ki, teledərslər bu formatda 17 iyula kimi davam edəcək.
"Dərs vaxtı" proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həlli üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar bildiriləcək. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.