Abdullah Mursi zəhərləndirildi

Məmmədzadə Zərintac 08/09/2020

Misirli vəkillər keçmiş prezident Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursinin zəhərlənərək öldürüldüyünü açıqlayıblar.

“XəbərBuro"  xəbər verir ki, keçən il atasının ölümündən bir neçə ay sonra vəfat etmiş Abdullahın sükan arxasında ürəktutmadan öldüyü söylənilirdi. Ancaq Mursi ailəsinin vəkilləri onun zəhərli maddə ilə qətlə yetirildiyini bildirirlər.

“Guernica 37” Beynəlxalq Hüquq Ofisi Abdullah Mursinin öldürülməsi bağlı əllərində faktlar olduğunu açıqlayıb.

Mərkəzi Londonda yerləşən qurumun məlumatına görə, Abdullah zəhərli maddənin ona vurulmasından sonra ölüb və avtomobili ilə qəsdən yaxınlıqdakı xəstəxanaya yox, 20 kilometr uzaqlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq ofisinin rəsmisi Tobi Kadman Abdullah Mursinin ölümünə onun sosial şəbəkədə Məhəmməd Mursinin vəfatında bəzi rəsmi şəxsləri ittiham etməsinin səbəb olduğunu vurğulayıb.

Vəkillər cinayəti bilməkdə günahlandırdıqları bəzi dövlət məmurlarına qarşı qərəzsiz istintaq aparılmasına çağırış ediblər.