98 yaşlı polis veteranı bu cür təbrik edilib

Məmmədzadə Zərintac 02/07/2020

Bu gün ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun 98 yaşı tamam olub. Bu münasibətlə Nərimanov rayon gəncləri Əlikişi Cümşüdovu ziyarət etmiş, onu doğum günü və 2 iyul – Azərbaycan Polisi günü münasibəti ilə təbrik edib və  xoş arzularını bildiriblər.

"Xəbərburo" xəbər verir ki, gəncliyi çətin illərində məşəqqətli günlər yaşamış, uzun döyüş yolu keçmiş, üç dəfə yaralanmağına baxmayaraq yenidən səngərə qayıtmış veteran müharibədən sonra da çalışdığı zaman dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət sahibi olub. Hazırda ölkəmizin ən yaşlı polis veteranıdır.

Eyni zamanda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təşkil olunmuş onlayn bayram tədbirində iştirak edən 100 nəfər gənc canlı olaraq polis veteranı Əlikişi Cümşüdovu doğum günü və 2 iyul – Azərbaycan Polisi günü münasibəti ilə təbrik ediblər.