"91 yeni yoluxma"

Leyla Aliyeva 13/08/2020

"XəbərBuro" xəbər verir ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər dünyasını dəyişib.