76 yaşlı Tovuz sakini dəfn edilib

Məmmədzadə Zərintac 14/07/2020

Bu gün erməni təxribatı nəticəsində dünyasını dəyişmiş Tovuzun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov dəfn edilib.

Bu  məlumatı jurnalist İlkin Muradov sosial şəbəkədə paylaşıb. Qeyd edib ki, son 3 saatdır Ağdam kəndi istiqamətində atışma dayanıb:

“Əziz kişi dünən qızı və nəvəsi ilə evdə imiş. Qızını və nəvəsini dünən kənddən çıxarıb. Özü deyib ki, getməyəcəm. Axşam yenə də polis gəlib və evdən çıxmasını istəyib. Amma Əziz Əzizov kənddən çıxmayacağını deyib. Bu gün səhər atılan top onun evinin qarşısına düşüb. Qəlpələr koridorda olan Əziz kişini ağır yaralayıb. Əziz Əzizov bircə addım öndə olsa koridordan çıxacaqmış. Orada isə ona qəlpə dəyə bilməzdi”.