"ASAN xidmət"də yeni təyinat olub

Leyla Aliyeva 24/07/2020

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.

"Xəbərburo" “Report”a istinadən xəbər verir ki, adıçəkilən vəzifəyə Turanə Qasımova gətirilib.

T.Qasımova daha əvvəl ABAD-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsidə çalışıb.

Onun yerinə hələlik təyinat yoxdur.