53 yaşlı şəxs intihar edib
03/07/2020

Saatlıda intihar hadisəsi baş verib.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, hadisə rayonu Qıraqlı kəndində olub.
Rayonun Mollavazlı kənd sakini, 1967-ci il təvəllüdlü Rövşən Baladayı oğlu Əliyev qonaq getdiyi evdə özünü asaraq intihar edib.
R.Əliyevin hansı səbəbdən intihar etməsi bilinmir.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.