53 nəfər Gürcüstandan Azərbaycana təxliyyə olunacaq
20/09/2020

21 sentyabrdan Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyyə ediləcək.
"XəbərBuro" xəbər verir ki, təxliyyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində virusa dair test verəcəklər.
Test cavabı neqativ çıxan şəxslər sabah səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyyəsi həyata keçirilib.