500-dən çox Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb

Esed Abasli 22/04/2020


500-dən çox Azərbaycan vətəndaşı Dağıstanın Məhərrəmkənd rayonundakı “Yaraq-Qazmalar” beynəlxalq gömrük-keçid məntəqəsindən keçərək vətənə qayıdıb.

XƏBƏRBURO Məhərrəmkənd rayon administrasiyasının mətbuat xidmətinə istinadla məlumat verib.

“Rusiya-Azərbaycan sərhədində hər iki tərəfin razılığı ilə xüsusi dəhliz təşkil edilib. Beləliklə də, 548 nəfər Azərbaycan vətəndaşı vətəninə qayıda bilib. Bu şəxslər koronavirusla əlaqədar Rusiya Federasiyası ərazisini vaxtında tərk edə bilməyən və bizim rayonun ərazisində yerləşdirilənlərdir. Hazırda sərhəd bağlıdır, giriş-çıxışa icazə verilmir”, - deyə mətbuat xidmətindən bildirilib.

O da vurğulanıb ki, Rusiyanın müxtəlif bölgələrindən olan Azərbaycan vətəndaşları aprelin əvvəlindən etibarən sərhəd Məhərrəmkənd rayonuna beynəlxalq "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsinə gəlməyə başlayıblar.

Xatırladaq ki, Rusiya hökuməti koronavirus infeksiyası ilə bağlı tədbirlər çərçivəsində martın 30-dan dövlət sərhəd keçidindən giriş-çıxışı məhdudlaşdırıb