50 nəfər Gömrük əməkdaşı könüllü ordu sıralarına qoşulub

Məmmədzadə Zərintac 01/10/2020

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.

“XəbərBuro” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.