5 erməni haqda həbs qərarı çıxarıldı

Leyla Aliyeva 28/07/2020

"Xəbərburo" bildirir ki, Moskvada paytaxtın müxtəlif yerlərində etnik zəmində kütləvi qarşıdurmalarda iştirak etdiyinə görə 5 erməni həbs edilib. 

"TASS" agentliyindən verilən məlumata görə Moskvanın Nikulin rayon məhkəməsi tərəfindən kütləvi qarşıdurmada iştirak etmiş 5 erməni barədə həbs qətimkan tədbiri seçilib.

"Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran və Petrosyan Argişt, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213 ("Qrup halında xuliqanlıq") maddəsi ilə ittiham olunur",- deyə məhkəmədən bildirilib.