5 avqusta kimi Bakı metrosu işləməyəcək

Məmmədzadə Zərintac 17/07/2020


"Nazirlər Kabinetinin bugünkü 256 nömrəli qərarının 2.3 bəndi metropolitenin sərnişindaşıma fəaliyyəti ilə bağlıdır. Əvvəlki qərarın 2.2 bəndindəki "20 iyul" ifadəsi "5 avqust" ifadəsi ilə əvəz olunub".

"Xəbərburo"  xəbər verir ki, bu sözləri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov söyləyib.

"Qısaca olaraq, metropoliten avqustun 5-i səhər saat 6-ya qədər sərnişin daşımayacaq", - deyə, o bildirib.