4 təzə siyasi partiya dövlət qeydiyyatına alınıb
29/07/2020

Birinci yarımildə 73 qeyri-kommersiya qurumu, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb.
“XəbərBuro" xəbər verir ki, bununla bağlı 29 iyulda Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclasında deyilib.
Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624 və mətbu nəşrlərin sayı 5.343 təşkil edir.