4 otaqlı ev yandı

23/06/2020

Ağstafada 4 otaqlı evdə yanğın olub.

"XəbərBuro"nun FHN-nin saytına istinadən məlumatına görə, hadisə rayonun Göycəli kəndində qeydə alınıb. Ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.