4 ölkə Belarusa yardım təklif edib

Məmmədzadə Zərintac 13/08/2020

Polşa, Litva, Latviya və Estoniya prezidentləri Belarusda vəziyyətin tənzimlənməsi üçün vasitəçilik təklif ediblər. 

"XəbərBuro" xəbər verir ki, onların birlikdə müraciətində söylənilir: “Təcrid olunmaq - çiçəklənmə və inkişaf yolu deyil”.

“Biz Belarusda sülhün bərqərar olmasına və Belarusun müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə nail olmaq üçün vasitəçi qismində iştirakımızı təklif etməyə hazırıq”, - sənəddə bildirilir.

Prezidentlər rəsmi Minskə ölkə hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələrini milli dəyirmi barışıq masası arxasına oturmağa səsləyiblər.

Dörd ölkənin prezidentləri hesab düşünürlər ki, saxlanılan etiraz aksiyası iştirakçılarını dərhal azad etmək və onların təqibini dayandırmaq vacibdir.

Belarusda artıq beşinci gündür ki, etiraz aksiyaları davam edir. Nümayişçilər 9 avqustda prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Onlar səsvermənin təşkili və nəticələrindən narazıdırlar.