“4 ilə 10 minə yaxın əlil qazi evlə təmin olunacaq”

Aynur 16/09/2021

“Vətən müharibəsində 2300 qazi ordu sıralarından tərxis olunub”. 


“XəbərBüro” xəbər verir ki, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfrasında  deyib. 


Onun sözlərinə görə, 1750 qaziyə əlillik təyin edilib: “Qazilər və şəhid ailələri ilə bağlı çoxsaylı proqramlar icra olunmaqdadır. 2025-ci ilə qədər 10 minə yaxın əlil evlə təmin olunacaq. Həmçinin, 926 qazi və şəhid ailəsi sosial psixoloji seanslara qoşulublar. 186 nəfər qazimizin protezə ehtiyacı yaranıb. Onlara artıq son nəsil protezlər təqdim edilir. Aşağı ətrafını itirmiş 140 qaziyə protez təqdim edilib. Yuxarı ətraflarla bağlı problem yaranmış qazilərə isə sentyabrın sonundan etibarən protezlər veriləcək. Bu protezlər ona əsas verir ki, onlar normal həyata qayıdırlar. Bu protezlər dünyanın ən qabaqcıl ölkələrindən alınır.


Agentliyin nəzdində 13 reabilitasiya mərkəzi var. Burada hər növ reabilitasiya təmin olunur. 8 ayda 4600 belə xidmət həyata keçirilib”.