369 nəfər yoluxdu 523 nəfər sağaldı

Röya Vahabova 20/07/2020

Bu gün Azərbaycanda daha 523 nəfər koronavirusdan sağalıb, 9 nəfər isə vəfat edib.

“Xəbərburo” bildirir ki, bu barədə Operativ Qərargahın brifinqində məlumat verilib.  Son sutka ərzində ölkədə daha 369 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 80 37 nəfərdir.

Ötən müddət ərzində 634 min 698 test aparılıb. Bugünkü test sayı isə 6817-dir.