3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?

Esed Abasli 11/02/2022

Fevralın 15-dən 2-ci dozanın vurulmasından sonra 6 aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək və həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

“Bakı Metropoliteni” QSC-nin rəsmisi Bəxtiyar Məmmədov onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı “Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir.

Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib.