2021-ci ilin yanvar ayında 1179 boşanma qeydə alınıb - RƏSMİ

Esed Abasli 16/03/2021

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 2717 nikah qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2 olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Cari ilin bir ayı ərazində 1179 boşanma halları qeydə alınıb ki, bununla da əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,4 olub.

Bildirilib ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.