2 yaşlı qız öldü..

Leyla Aliyeva 30/06/2020

Qəbələ rayonunda iki yaşlı uşağın meyiti tapılıb.

“Xəbərburo”nun verdiyi xəbərə görə, hadisə iyunun 29-u rayonun Məmmədağalı kəndində baş verib. 2018-ci il təvəllüdlü Qəmər Əsədovanın meyiti evlərinin yaxınlığında tapılıb.

Yaxınlarının dediyinə görə, Q.Əsədova həyətyanı sahədən keçən arxdan su götürərkən yıxılıb. O arxa düşüb və boğularaq ölüb.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.