"190 manat əmanətə çevrilməsi üçün verilmirdi”

Leyla Aliyeva 20/07/2020

"190 manat vətəndaşların bank hesablarında toplanılması və ya əmanətə çevrilməsi üçün verilmirdi”.

“Xəbərburo” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə aprel və may aylarının ödənişlərini sonrakı aylarda ala bilməyən vətəndaşların müraciətlərinə cavab olaraq deyib.

O bildirib ki, 190 manat üçün müraciət edən şəxslərin kartlarına ödənişlər yerləşdirilsə də, bir ay keçməyinə baxmayaraq o vəsaitdən istifadə etməyən vətəndaşlar olub: “Düşüncə belədir ki, əgər insanlar ehtiyac üçün müraciət edibsə, vəsait daxil olduqdan sonra istifadə olunmalı idi. Bu vəsait vətəndaşlara yardım kimi verilirdi. Ancaq insan hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, tövsiyə edərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin. Məsələnin araşdırılıb ədalətli qərar veriləcəyinə əminəm”.