17 avqustdan başlayaraq kafe və restoranlar açıla bilər
08/08/2020

Kafe və restoranlar 17 avqustdan açıla bilər.
"XəbərBuro" xəbər verir ki, bu haqda Prezidentin köməkçisi Şahmar Mövsümov söyləyib. O deyib ki, 17 avqust ərəfəsində kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsi müzakirə edilir:
"Ondan bir həftə sonra isə rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Hələlik bu barədə qərar yoxdur".