169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər sağalıb

Leyla Aliyeva 23/08/2020

Azərbaycanda bu gün koronavirus infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“XəbərBuro” xəbər verir ki, bu haqda Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər Covid-19-dan dünyasını dəyişib.