16 yaşlı futbolçu qəzada öldü

Leyla Aliyeva 12/07/2020

Braziliyanın “Qoyas” klubunun futbolçusu İqor Soareş vəfat edib.

"Xəbərburo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

16 yaşlı futbolçu motosikllə qəzaya uğrayıb və ölüb. İqor, 2016-cı ildən “Qoyas”da çıxış edirdi.