152 yeni yoluxma faktı qeydə alınıb

Leyla Aliyeva 24/08/2020

Azərbaycanda bu gün koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“XəbərBuro” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Son sutkada 1 nəfər COVID-19-dan dünyasını dəyişib.