15 avqust üçün koronavirusa dair statistik göstəricilər açıqlanıb

Məmmədzadə Zərintac 15/08/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusa dair 15 avqust üçün  statistik göstəriciləri açıqlayıb.

"XəbərBuro" xəbər verir ki,  ölkədə 1 904 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 192 nəfər reanimasiyada və 34 nəfər  süni tənəffüs cihazındadır. Keçən gün bu rəqəmlər müvafiq olaraq 197 və 37 idi.

Ümumilikdə 34 107 nəfər pandemiyaya yoluxub və 31 697 nəfər sağalıb.

Bu gün 6 041 test edilib.  Ümumiyyətlə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı  826 043 test aparılıb.

Bu gün 89 COVİD-19-a yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb və 207 nəfər sağalıb.