142 yeni yoluxma faktı qeydə alınıb

Leyla Aliyeva 10/09/2020

Azərbaycanda bu gün koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“XəbərBuro" xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Son sutkada 1 nəfər COVID-19-dan vəfat edib.