135 yeni yoluxma faktı qeydə alındı

12/09/2020

Azərbaycanda bu gün koronavirus infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“XəbərBuro" xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.