120 milyona sənət əsəri aldı

Fəxriyyə Qüdrətli 08/06/2020

Rusiyalı milyarder Roman Abramoviç Norveç rəssamı Edvard Munkun “Qışqırıq” əsərini alıb.

“Xəbərburo” “Sotheby's Life” Teleqram kanalına istinadən xəbər verir ki, sənət əsərinin qiyməti 120 milyon dollar təşkil edib. Qeyd edilir ki, Abramoviç şəklin dörd mövcud variantından birini alıb. 

Alqı-satqı hələ mayın 2-də Nyu-Yorkda “Sotheby's” hərracında baş tutub. İşin ilkin qiyməti 50 milyon dollar olub. Cəmi 15 dəqiqə ərzində yeddi namizəddən biri qalib gəlib. Əsəri telefon bağlantısı vasitəsilə gizli şəkildə alan şəxsin kimliyi (Roman Abramoviç –red.) daha sonra məlum olub.

Qeyd edək ki, “Qışqırıq” Edvard Munkun 1893 və 1910-cu illər aralığında yaratdığı şəkillər seriyasıdır. Şəkillərdə qırmızı səma fonunda qışqıran insan fiquru təsvir edilib. O, ekspressionizmin emblemi hesab edilir.



Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər