104 min uşaq məktəbə hazırlığa yönəldiləcək

Məmmədzadə Zərintac 25/09/2020

Dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi bitib.  “XəbərBuro” xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb ediləcək. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təminindən ibarətdir.