1 gündə mindən çox insan koronavrusdan öldü

Esed Abasli 16/10/2021

Rusiyada koronavirusa yolxuma və ölüm halları kəskin artıb.

 

"XəbərBüro" Rusiya KİV-nə istinadən xəbər verir ki, son sutkada virusdan ölənlərin sayı 1002-yə çatıb. Ötən 24 saat ərzində 33 208 yeni yoluxma faktı da qeydə alınıb.

 

Ümumilikdə, pandemiya başlayandan bəri Rusiyada 222 315 nəfər COVID-19-un qurbanı olub.